Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycana səfər edəcək.
“Report”un əldə etdiyi məlumata görə, səfər mayın 25-nə planlaşdırılır.
Səfər çərçivəsində Ukrayna XİN başçısının Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi gözlənilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.