Xocalı sakini: Doğma yurda qayıdışın doğurduğu hissləri sözlə ifadə etmək çətindir

Xocalıya dönən sakin doğma yurda qayıdışın doğurduğu hissləri sözlə ifadə etməyin çətin olduğunu bildirib.

Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında şəhər sakini Hüseyn Həsənov deyib.

O, uzun illərdən sonra doğma yurda qayıtdıqları üçün çox sevincli olduqlarını söyləyib:

“Torpaqlarımızın işğalından sonra çox əziyyətlər çəkdik, fasilələrlə bir neçə rayonda məskunlaşdıq. Qismət elə gətirdi ki, çəkdiyimiz əziyyətə baxmayaraq bu günü də gördük. İndi o qədər sevincli və həyəcanlıyam ki, yaşadığım hissləri sözlə ifadə etmək çətindir.

Şübhəm yoxdur ki, biz bu gündən sonra öz evimizdə firavan yaşayacağıq. Doğma yurda qayıtmağımıza görə borclu olduğumuz şəhidlərə Allahdan rəhmət diləyirəm”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More