Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virts “Liverpul”a keçməyə yaxındır.
“Report” xəbər verir ki, bu barədə futbol insayderləri məlumat yayıb.
Belə ki, üçün yazan Devid Ornsteyn “Bavariya”nın Florian Virtsin, cari komandasını tərk edəcəyi təqdirdə, “Enfild”də oynayacağına inandığını bildirib: “Liverpul” Florian Virtsi əldə etmək cəhdlərində əhəmiyyətli impuls alıb, “Bavariya” isə hesab edir ki, plеymеykеr onlara qoşulmayacaq və o, bu yay “Bayer”i tərk edərsə, “Enfild”ə getməyə hazırlaşacaq. Hər iki klub Virtsi istəyir, lakin hesab edilir ki, o, “Liverpul”a üstünlük verir”. Onun sözlərinə görə, 22 yaşlı futbolçu artıq ev axtarmaq üçün İngiltərənin şimal-qərbini ziyarət edib.
Fabritsio Romano isə “qırmızılar”ın Virtslə müqavilə bağlayaca biləcəklərinə əmin olduqlarını qeyd edib. Onun görə, “yekun yaşıl işıq” üçün danışıqlar davam edir: “Liverpul” “Bavariya” ilə alman mirvarisi uğrunda mübarizədə favoritdir”. Bundan başqa, o edib ki, Mersisayd təmsilçisi hücumameyilli yarımmüdafiəçi üçün rəsmi müraciət də edib: “Oyunçudan ilkin razılıq aldıqdan sonra “Liverpul” və “Bayer Leverkuzen” transfer məbləği/paketi üzərində danışıqlar aparırlar. “Liverpul” sürprizlərdən qaçınmaq üçün sövdələşmənin tezliklə həyata keçirilməsini istəyir, uzun çəkməsini istəmir”.
Qeyd edək ki, daha əvvəl Florian Virts “Mançester Siti” və “Real Madrid”in radarında olmuşdu.
Mənbə: Report.Az

Comments are closed.