Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb.

“Report”un məlumatına görə, bu gün baş tutan 8 matçdan sonra mundialda qrup mərhələsinin I turuna yekun vurulub.

E qrupunda İndoneziya Kosta Rika seçməsinə minimal hesabla qalib gələrək liderliyi ələ keçirib. Bu qrupun digər oyununda Tailand Monteneqro ilə heç-heçəyə razılaşıb – 1:1.

Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyərək F qrupuna qələbə ilə başlayıblar.

Dünya çempionatına qələbə ilə start verən yığmalardan biri də Çexiya olub. Bu kollektiv Argentinanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan komandası isə BƏƏ millisindən güclü olub – 2:0. Avropa təmsilçiləri G qrupunda 3 xala malikdirlər.

H qrupunda isə İspaniya Qanaya, Serbiya isə İsrailə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, sabah qrup mərhələsində II turun görüşlərinə start veriləcək. Mundiala iyunun 1-də yekun vurulacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More