Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Bolqarıstan Hindistana qalib gəlib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

“Report”un məlumatına görə, Bolqarıstan və Hindistan yığmaları D qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada avroplalılar 5:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, günün əvvəlki qarşılaşmalarında Mavritaniya Bəhreyni (2:0), Çad Rumıniyanı (4:2) məğlub edib. Fransa – Özbəkistan (3:3) və İngiltərə – Macarıstan (1:1) görüşlərində qalib müəyyənləşməyib.

Foto: Samirə Həsənova

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More