Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.

“Report”un məlumatına görə, komandalar qrup mərhələsinin II turunda 8 oyun keçiriblər.

Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini qazanıb – 4:0. Yığmamızın rəqiblərindən Mavritaniya və Bəhreyn seçmələrinin duelində Afrika təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

  Komanda M W WO D L Qol RC / YC Xal
1.
Azərbaycan
2 1 0 1 0 5:1 (+4) 0 / 2 4
2.
Mavritaniya
2 1 0 1 0 3:1 (+2) 0 / 3 4
3.
Bəhreyn
2 0 0 1 1 1:3 (-2) 0 / 1 1
4.
Sloveniya
2 0 0 1 1 1:5 (-4) 0 / 1 1

B qrupunda mübarizə aparan Fransa Özbəkistanın müqavimətini qıra bilməyib və görüş 3:3 hesabı ilə yekunlaşıb. Qrupun digər oyununda isə günün sensasiyası qeydə alınıb. Son dünya çempionu Rumıniyaya 4:2 hesabı ilə qalib gələn Çad aktivinə ilk 3 xalı yazdırıb.

  Komanda M W WO D L Qol RC / YC Xal
1.
Fransa
2 1 0 1 0 4:3 (+1) 0 / 0 4
2.
Çad
2 1 0 0 1 4:3 (+1) 0 / 4 3
3.
Rumıniya
2 1 0 0 1 4:5 (-1) 1 / 4 3
4.
Özbəkistan
2 0 0 1 1 4:5 (-1) 0 / 5 1

İngiltərə və Macarıstan komandalarının qarşılaşdığı C qrupunda tərəflər qalibi müəyyənləşdirə bilməyiblər -1:1. Digər matçda isə Türkiyə Ukrayna yığmasını 3:1 hesabı ilə üstələyərək ilk qalibiyyətini əldə edib.

  Komanda M W WO D L Qol RC / YC Xal
1.
İngiltərə
2 1 0 1 0 5:1 (+4) 0 / 6 4
2.
Türkiyə
2 1 0 1 0 4:2 (+2) 1 / 6 4
3.
Macarıstan
2 0 0 2 0 2:2 (0) 0 / 3 2
4.
Ukrayna
2 0 0 0 2 1:7 (-6) 1 / 1 0

D qrupunda Bolqarıstan Hindistanı böyük hesabla məğlub edib – 5:0. Portuqaliya yığması isə Slovakiya üzərində 2:1 hesablı qələbə qazanaraq xallarının sayını altıya yüksəldib və qrupdan çıxmasını vaxtından əvvəl təmin edib.

  Komanda M W WO D L Qol RC / YC Xal
1.
Portuqaliya
2 2 0 0 0 5:2 (+3) 0 / 1 6
2.
Slovakiya
2 1 0 0 1 16:2 (+14) 0 / 0 3
3.
Bolqarıstan
2 1 0 0 1 6:3 (+3) 0 / 1 3
4.
Hindistan
2 0 0 0 2 0:20 (-20) 0 / 1 0

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More