“Forbes” jurnalı rusiyalı milyarderlərin potensial varislərinin reytinqini tərtib edərək, onların valideynlərinin əmlakını övladları arasında bölüşdürüb.
“Report” xəbər verir ki, ilk beşliyə sərvətləri milyardlarla dollarla qiymətləndirilən Ələkbərovlar, Mixelson, Lisin, Melniçenko və Timçenko ailələri daxil olub.
Siyahıya 28,7 milyard dollar potensial mirasla Yusuf Ələkbərov (“Lukoyl”un yaradıcısı azərbaycanəsilli Vahid Ələkbərovun oğlu) başçılıq edir. O, neft şirkətinin səhmlərinin 28,3%-ni ala bilər.
Viktoriya Mixelson (Novatek və Siburun ortaq sahibinin qızı) ikinci yeri tutub – onun payı 14,2 milyard dollar qiymətləndirilir.
Vladimir Lisinin övladları (Dmitri, Yuri, Anastasiya) üçüncü yeri bölüşürlər. Onların hər biri Novolipetsk Metallurgiya Zavodu və Birinci Liman Şirkətinin aktivlərindən 8,83 milyard dollar ala bilər.
Tara və Adrian Melniçenkonun (Avroxim və SUEK sahibinin övladları) hər birinə 8,7 milyard dollar miras qalacağı gözlənilir. Natalya Brauninq, Kseniya Frank və İvan Timçenko (“Stroytransqaz”ın ortaq sahibinin övladları) hər biri 7,73 milyard dollarla siyahını tamamlayır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.