Merkel: Qeyri-qanuni miqrasiya ilə mübarizə Avropanı parçalaya bilər

Almaniyanın keçmiş kansleri Angela Merkel qeyri-qanuni miqrasiya ilə mübarizə səbəbindən Avropanın dağıla biləcəyindən ehtiyat etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Merkel Noy-Ulm şəhərində keçirilən forumda deyib.

O, hazırkı Almaniya hökumətinin tətbiq etdiyi sərhəd nəzarətinin sərtləşdirilməsinə qarşı çıxış edərək, miqrasiya probleminin həllinə ümumavropa yanaşmasının zəruriliyini vurğulayıb.

“Düşünmürəm ki, biz Almaniya-Avstriya və ya Almaniya-Polşa sərhədində qeyri-qanuni miqrasiyanı nəhayət dəf edə bilək”.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələrin birtərəfli addımları Avropanın hərəkət azadlığı bahasına başa gələ bilər. Buna görə də Merkel qeyri-qanuni miqrasiya ilə mübarizə yollarını birgə axtarmağa çağırıb: “Əks halda, Avropanın parçalanmasını izləməli ola bilərik”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More