Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün II tura start veriləcək.
“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında daha 8 qarşılaşma baş tutacaq.
A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.
C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.
Dünya çempionatı
Qrup mərhələsi
II tur
23 may
A qrupu
12:45. Mavritaniya – Bəhreyn
20:45. Sloveniya – Azərbaycan
B qrupu
14:00. Fransa – Özbəkistan
16:30. Çad – Rumıniya
C qrupu
15:15. İngiltərə – Macarıstan
19:30. Ukrayna – Türkiyə
D qrupu
18:15. Bolqarıstan – Hindistan
22:00. Portuqaliya – Slovakiya
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.