Sankt-Peterburqda Xəzər dənizinin səviyyəsi və regional ekoloji əməkdaşlıq müzakirə olunub

Sankt-Peterburq şəhərində Azərbaycan-Rusiya İşçi Qrupunun Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə dair ilk iclası, eləcə də XI Neva Beynəlxalq Ekoloji Konqresi çərçivəsində  görüş və müzakirələr keçirilib.

“Report” xəbər verir ki, hər iki tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılığı ilə nümayəndə heyəti təmsil edib.

İşçi Qrupun iclası 2024-cü ilin dekabrında Bakıda keçirilən nazirlərin görüşündə əldə olunmuş razılaşmaların davamı olaraq təşkil olunub.

Toplantıda tərəflər Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı birgə Proqram layihəsini, onun icra mexanizmlərini və növbəti mərhələlər üzrə fəaliyyətləri müzakirə ediblər.

Nümayəndə heyəti həmçinin XI Neva Beynəlxalq Ekoloji Konqresinin sessiyalarında iştirak edib. Konqres çərçivəsində keçirilən müzakirələrdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və transsərhəd ekoloji əməkdaşlığın inkişafı kimi aktual məsələlər diqqət mərkəzində olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More