Vyanada Azərbaycanın Müstəqillik Gününün ildönümü qeyd edilib

Vyanada Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri, ölkənin ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diplomat qeyd edib ki, bayram tədbirində iştirak edən qonaqlar arasında Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş direktorunun müavini Gerhard Zayller, ATƏT-in baş katibi Feridun Sinirlioğlu, diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Avstriyadakı Azərbaycan icmasının üzvləri olub.

“Mayın 28-də biz Azərbaycanın şanlı müstəqilliyini və inkişaf yolunu yad edirik. Konstitusiyamızda təsbit olunmuş ideallar və dəyərlər müstəqil və suveren dövlət kimi yeni üfüqlərə doğru yolumuzda bizim istiqamətimiz olaraq qalır”, – səfir yazıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More