Almaniyalı baş məşqçi Yürgen Klopp “Roma” ilə əlaqələndirilməsini “cəfəngiyyat” adlandırıb. O, yaxın illərdə heç bir kluba başçılıq etməyəcək.
“Report” xəbər verir ki, bu barədə “The Athletic”in müxbiri Ceyms Pirs
“Roma”nı çalışdırmayacağam. Yaxın illərdə hansısa komandaya rəhbərlik etməyə qərar verdiyimi eşitsəniz – bu, tamamilə cəfəngiyyatdır”, – o, “Liverpul”un təşkil etdiyi qala-gecədə deyib.
Xatırladaq ki, daha əvvəl mətbuatda 57 yaşlı mütəxəssisin adı “Roma” və “Real Madrid”lə hallanırdı.
Qeyd edək ki, Klopp 2015-ci ildən 2024-cü ilədək “qırmızılar”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda Premyer Liqa, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı daxil olmaqla səkkiz kubok qazanıb. Onun üslubu, xarizması və azarkeşlərə münasibəti onu klubun tarixində kult fiqura çevirib. Ayrıldıqdan sonra o, “Liverpul”dan başqa İngiltərədə heç bir klubu idarə etməyəcəyini açıqlayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.