Azərbaycan avarçəkəni beynəlxalq yarışda qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Tatyana Smilovenko Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirində qızıl medal qazanıb.

“Report” xəbər verir ki, o, 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə uğurlu çıxış edib.

Bundan başqa, kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.

Qeyd edək ki, yarışda 20-dən çox ölkənin təmsilçisi qüvvəsini sınayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More