Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın administrasiyası imtina edəcəyi təqdirdə, Ukraynaya hərbi yardımı davam etdirmək üçün külli miqdarda Amerika silahı almaqda maraqlıdır.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Avropanın ABŞ-nin iştirakı olmadan Kiyevə tədarükü müstəqil şəkildə davam etdirmək üçün kifayət qədər silah istehsal etmək imkanı yoxdur. Avropa ölkələri mümkün həll yolunu daha çox Amerika silah sistemləri almaqda, sonra onları Ukraynaya göndərməkdə görür.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-nin əvvəlki prezidenti Cozef Bayden tərəfindən təsdiqlənmiş hərbi yardım bu ilin yayında tükənə bilər. Nəşr yazır ki, Qərb üçün bundan yaranacaq boşluğu doldurmaq çətin olacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.