Kosaçyov: Moskva bugünlərdə Kiyevə münaqişənin həllinə dair memorandum təklifləri təqdim edəcək

Moskva Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandum təkliflərini yaxın günlərdə Kiyevə verəcək.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçyov bildirib.

“Bu memorandum üzərində iş gedir, o, son mərhələdədir… Amma məncə, çətin ki, onlar hazırkı mərhələdə ictimaiyyətə açıqlansın. Axı, bu, danışıqlar prosesidir, özü də çox mürəkkəb, bir çox cəhətdən çox incə prosesdir”, – o deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla telefon danışığından sonra Moskvanın Kiyevlə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazır olduğunu, orada həmçinin atəşkəs və münaqişənin həlli prinsiplərinin əks olunacağını bəyan etmişdi.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More