“Napoli” İtaliya A Seriyasının 2024/2025 mövsümünün çempionu olub.
“Report” xəbər verir ki, neapollular sonuncu turda “Kalyari” üzərində inamlı qələbə qazanıb – 2:0.
Antonio Kontenin yetirmələrinin ən yaxın təqibçisi “İnter” idi: milanlılar da “Komo” üzərində eynihesablı qələbə qazansa da, bu onlara yardımçı olmayıb. Beləliklə, “Napoli” çempionatı 82 xalla birinci bitirib, “İnter” isə ondan cəmi bir xal geri qalıb.
Qeyd edək ki, “Napoli” sonuncu dəfə 2022/2023 mövsümündə çempion olmuşdu. Komandanın ümumilikdə dörd dəfə birincilik yaşayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.