Türkiyə İnterpol xətti ilə axtarışa verdiyi daha 3 nəfəri ölkəyə gətirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün “X” hesabında məlumat yayıb.
O bildirib ki, daxili işlər naziri təyin ediləndən (2023-cü ildən) bu yana beynəlxalq axtarışda olan 337 şəxs Türkiyəyə gətirilib:
“Hansı ölkəyə qaçıblarsa, biz mütəşəkkil cinayət təşkilatının üzvlərini, narkotik alverçilərini bir-bir tutub ölkəmizə gətirəcəyik. Onlar Türkiyə polisindən qaça bilməyəcəklər”, – deyə nazir bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.