Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü gün arxada qalıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günə yekun vurulub.

“Report”un məlumatına görə, keçirilən 8 qarşılaşmadan sonra qrup mərhələsində II tur başa çatıb.

Matçlar Milli Gimnastika Arenasında reallaşıb.

E qrupunda yer alan Monteneqro millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini darmadağınla qazanıb – 9:0. Bu qrupun digər görüşündə Tailand İndoneziyanı 4 cavabsız qolla üstələyib.

E qrupu

1. Monteneqro— 4 xal

2. Tailand— 4 xal

3. İndoneziya— 3 xal

4. Kosta Rika— 0 xal

F qrupunda mübarizə aparan Bosniya və Herseqovina Qazaxıstanın müqavimətini qıra bilməyib və görüş 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər duelində – ABŞ – Polşa qarşılaşmasında hesab açılmayıb.

F qrupu

1. Bosniya və Herseqovina— 4 xal

2. Polşa— 4 xal

3. Qazaxıstan — 1 xal

4. ABŞ — 1 xal

Gürcüstan və Argentina komandalarının qarşılaşdığı G qrupunda avroplalılar 6:1 hesabı ilə qələbə qazanıblar. Çexiya isə BƏƏ-dən güclü olub – 9:2. Hərəyə 6 xalı olan Gürcüstan və Çexiya yığmaları pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.

G qrupu

1. Çexiya — 6 xal

2. Gürcüstan — 6 xal

3. Argentina — 0 xal

4. BƏƏ — 0 xal

H qrupunda Serbiya İspaniyanı məğlub edib – 4:1. İsrail yığması isə Qanaya heç bir şans tanımayıb – 4:0. 6 xalı olan serblərin pley-offa yüksələcəyi dəqiqləşib.

H qrupu

1. Serbiya — 6 xal

2. İsrail — 3 xal

3. İspaniya — 3 xal

4. Qana — 0 xal

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More