Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günə yekun vurulub.
“Report”un məlumatına görə, keçirilən 8 qarşılaşmadan sonra qrup mərhələsində II tur başa çatıb.
Matçlar Milli Gimnastika Arenasında reallaşıb.
E qrupunda yer alan Monteneqro millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini darmadağınla qazanıb – 9:0. Bu qrupun digər görüşündə Tailand İndoneziyanı 4 cavabsız qolla üstələyib.
E qrupu
1. Monteneqro— 4 xal
2. Tailand— 4 xal
3. İndoneziya— 3 xal
4. Kosta Rika— 0 xal
F qrupunda mübarizə aparan Bosniya və Herseqovina Qazaxıstanın müqavimətini qıra bilməyib və görüş 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər duelində – ABŞ – Polşa qarşılaşmasında hesab açılmayıb.
F qrupu
1. Bosniya və Herseqovina— 4 xal
2. Polşa— 4 xal
3. Qazaxıstan — 1 xal
4. ABŞ — 1 xal
Gürcüstan və Argentina komandalarının qarşılaşdığı G qrupunda avroplalılar 6:1 hesabı ilə qələbə qazanıblar. Çexiya isə BƏƏ-dən güclü olub – 9:2. Hərəyə 6 xalı olan Gürcüstan və Çexiya yığmaları pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.
G qrupu
1. Çexiya — 6 xal
2. Gürcüstan — 6 xal
3. Argentina — 0 xal
4. BƏƏ — 0 xal
H qrupunda Serbiya İspaniyanı məğlub edib – 4:1. İsrail yığması isə Qanaya heç bir şans tanımayıb – 4:0. 6 xalı olan serblərin pley-offa yüksələcəyi dəqiqləşib.
H qrupu
1. Serbiya — 6 xal
2. İsrail — 3 xal
3. İspaniya — 3 xal
4. Qana — 0 xal
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.