İmişli sakini güllələnib 

İmişli rayon sakini güllələnib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hacıalmuradlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Babək İbişov ov tüfəngi ilə Ayaz Nuruşovu güllələyib.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən şəxsi hüquq-mühafizə orqanı əməkdaşları saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More