Vens ABŞ-nin universitetlərində açıq irqi ayrı-seçkiliyi pisləyib

ABŞ-nin vitse-prezidenti Jey Di Vens bildirib ki, Amerika universitetlərinin bir çoxunun rəhbərliyi əhalinin ağdərili və asiyalı hissələrinə qarşı qəsdən irqi ayrıseçkilik edir.

“Report” xəbər verir ki, o, bu barədə fikirlərini “X” sosial şəbəkəsində yazıb.

Vensin sözlərinə görə, ölkənin təhsil və elm sektorunda fundamental tədqiqatların kommersiya sferasında tətbiqinə mane olan ciddi bürokratik problemlər var.

“Bütün bunlara əlavə olaraq, bir çox universitetlər açıq şəkildə irqi ayrıseçkiliklə (əsasən ağdərililərə və asiyalılara qarşı) məşğul olurlar, bu ölkədə vətəndaş hüquqları qanunlarını pozur”, – o yazıb.

“Universitetlərimiz Tramp administrasiyasının siyasətlərini bu problemlərin həlli üçün zəruri düzəliş vasitəsi kimi nəzərdən keçirə, siyasətlərini dəyişdirə və islahatların həyata keçirilməsi üçün administrasiya ilə işləyə bilər. Yaxud onlar əsas demokratik məsuliyyətə cavab olaraq “faşizm” deyə qışqıra və daha da əhəmiyyətsizliyə düçar ola bilərlər”, – Vens fikirlərini yekunlaşdırıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More