Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb.
“Report”un məlumatına görə, III turda Gürcüstan ilə qarşılaşan çexlər 2:2 hesablı heç-heçəyə razılaşıb.
Hər iki kollektiv G qrupunda 7 xala malik olsalar da, əlavə göstəricələ görə üstün sayılan Çexiya seçməsi qrupu birinci bitirib.
Komandalar növbəti mərhələyə adlayıblar.
3 xala malik Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yığması və 0 xalla Argentina mübarizəni dayandırıb.
Foto: Vüqar Xanlarov




















Mənbə: Report.Az
Comments are closed.