İran və ABŞ Tehranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə növbəti danışıqlar raundunun tarixini və yerini hələ razılaşdırmayıblar.
“Report” xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib.
“Növbəti danışıqlar raundu ilə bağlı hələ müəyyənlik yoxdur”, – İran xarici siyasət idarəsi nazirin sözlərini təqdim edir. Araqçi vurğulayıb ki, İran “danışıqları səbirlə və sakit şəkildə aparır”. O yenidən qeyd edib ki, Tehran dinc məqsədlər üçün uranın zənginləşdirilməsi hüquqlarından imtina etmək niyyətində deyil.
İran və ABŞ nümayəndələri mayın 23-də Romada İran nüvə proqramı üzrə beşinci danışıqlar raundunu keçiriblər. Tərəflər arasında vasitəçi kimi çıxış edən Oman XİN başçısı “müəyyən, lakin yekun olmayan irəliləyişin” əldə olunduğunu açıqlayıb. Araqçi bildirib ki, məsləhətləşmələrin nəticələrinə görə, Tehran və Vaşinqton yeni danışıqlar raunduna hazırlaşırlar və daha bir-iki görüşdə müsbət nəticələr əldə edəcəklərinə ümid edirlər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.