KİV: Finlandiya XİN Rusiya səfirini hava sərhədlərinin pozulması ilə əlaqədar çağırıb

Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın iki hərbi təyyarəsinin Finlandiya hava məkanını pozması ilə əlaqədar Rusiya səfiri Pavel Kuznetsovu çağırıb.

“Report” xəbər verir ki, bu barədə “Yle” teleradio şirkəti məlumat yayıb.

Onun məlumatına görə, pozuntu mayın 23-də Porvoo şəhəri sahillərində baş verib. “Yle” qeyd edir ki, Rusiya səfirinə nota təqdim ediləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More