İsrail Baş naziri Binyamin Netanyahu ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem ilə Qəzza sektorunda müharibənin aparılmasını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası məlumat yayıb.
“Netanyahu Yerusəlimdə baş nazirin ofisində ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem ilə görüşüb, o, baş nazirə və İsrail Dövlətinə sarsılmaz dəstəyini ifadə edib. O, Misir sərhədində maneələrin tikilməsi siyasətini və baş nazirin müharibəni aparma tərzini yüksək qiymətləndirib”, – bəyanatda deyilir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin əvvəlcədən məlumat verdiyi kimi, Noem ABŞ paytaxtında yəhudi dövlətinin səfirliyinin iki əməkdaşının öldürülməsindən sonra bazar günü İsrailə yollanıb. Mayın 26-da Noemin İsrail xarici işlər naziri Gideon Saar ilə görüşü planlaşdırılır, bundan sonra o, Polşaya gedəcək.
Mənbə: Report.Az
Comments are closed.