Putinlə Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb – YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başa çatıb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunur ki, görüş bir saat davam edib.

Müzakirələrin təfərrüatları hələ açıqlanmır. 

H.Fidan bu gün həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də görüşəcək. Onun sabah həmkarı Sergey Lavrovla görüşü gözlənilir. 

21:28

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb. 

“Report” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, onlar Rusiya-Ukrayna müharibəsi, Türkiyənin mümkün vasitəçiliyi, Suriyadakı son vəziyyət barədə danışıblar. Təfərrüatlar isə açıqlanmayıb. 

Məlumata görə, görüş hələ davam edir.

20:42

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Tərəflərin müzakirə etdikləri məsələlər hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, H.Fidan Rusiyada səfərdədir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More