Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qoşulub

Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayraqqaldırma aksiyası keçirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Torontodakı baş konsulluğu məlumat yayıb.

“Azərbaycan – Kanada icması ilə birlikdə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü Kanadalı Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil edilmiş bayraqqaldırma aksiyası ilə qeyd etdik”, – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.

Tədbirdə Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş da iştirak edib. 

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More