Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə Afrika Gününə həsr olunmuş
“Afrika insan sivilizasiyasına böyük töhfə vermiş bəşəriyyətin beşiyi, müxtəliflikdə birləşmiş və zəngin irsə malik bir qitədir.
Bu ilki Afrika Günündə biz Afrika xalqlarına sülh və inkişafa əsaslanan davamlı və dayanıqlı gələcək arzulayırıq.
Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını və dostluq əlaqələrini yüksək qiymətləndirir”, – XİN başçısının müavini qeyd edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.