Azərbaycan millisi Bursada toplanışa başlayıb

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışına başlayıb.

Bu barədə “Report”a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma hazırlıq prosesundə yerli Tofaş (U-16) klubu ilə yoxlama oyununda üz-üzə gəlib.

Erhan Tokerin rəhbərlik ediyi millimiz rəqibinə 44-71 hesabı ilə məğlub olub. Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək Avropa çempionatı “C” divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi mayın 29-da başa çatacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More