Azərbaycan minifutbol millisinin kapitanı Elvin Əlizadə dünya çempionatının 1/8 finalında Rumıniya ilə keçirəcəkləri matçla bağlı təəssüratlarını bölüşüb.
O, “Report”a açıqlamasında son dünya çempionu olan rəqibdən geri qalmadıqlarını bildirib.
Futbolçu Rumıniya millisini yaxşı tanıdıqlarını vurğulayıb:
“Bildiyiniz kimi, Rumıniya 6 dəfə Avropa, bir dəfə dünya çempionu olub. Yaxşı, hörməti haqq edən rəqibdir. Ancaq biz də onlardan geri qalmırıq. Çünki son illərdə istər dünya, istərsə də Avropa çempionatlarında Rumıniya ilə keçirdiyimiz oyunların hamısında qələbə qazanmışıq. Ona görə də üstünlük bizdədir. Lakin unutmayaq ki, rəqib son dünya çempionudur. Rəqibi tanıyırıq, meydana qələbə üçün çıxacağıq. Komanda yaxşı hazırlaşıb. Düşünürəm ki, mərhələni keçəcəyik. Bu Rumıniya sanki əvvəlki komanda deyil. Futbolçuları nisbətən yaşlanıblar. Ola bilər ki, yaxşı hazırlıq keçməyiblər. Hər halda, kənardan belə görünür. Amma bu, planlı iş də ola bilər”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialın qrup mərhələsini lider kimi başa vuran Azərbaycan yığması bu gün 1/8 finalda Rumıniya ilə qarşılaşacaq. Görüş saat 20:30-da start götürəcək.
Mənbə: Report.Az
Comments are closed.