Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.

“Report” xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Azərbaycan 1/4 finalda İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

FOTO: Mircavid Eminoğlu

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More