İslamofobiya nifrət dili, müsəlmanları bəyənməmək, islamı istəməmək deməkdir.
“Report” xəbər verir ki, bunu Lissabon mərkəzi məscidinin imamı David Munir Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
O qeyd edib ki, islamofoblar həm müsəlmanı, həm də islamı sevmirlər:
“2019-cu ilə qədər fəxrlə deyirdim ki, mənim ölkəmdə islamofobiya yoxdur. Sonra yeni sağçı bir partiya yarandı ki, onlar həm dini, həm etnik ayrı-seçkilik etməyə meyillidirlər. Biz müsəlmanıq, amma milli kimliyimiz də portuqaliyalıdır. Mənəvi və dini kimliyimiz isə İslamdır. Əgər mən bir İslam ölkəsində yaşasam, yəqin ki, islamofobiya görmərəm. Ancaq bu gün Avropada islamofobiya müşahidə edilir.
Ona görə də mən Azərbaycan hökumətinə bu cür görüşlər təşkil etdiyinə görə təşəkkürümü bildirirəm, Qərbdəki islamofobiyanı müzakirə etmək üçün belə tədbirlər vacibdir”.
Mənbə: Report.Az
Comments are closed.