Moskva və Vaşinqton müvafiq qurumlar vasitəsilə məhbusların mübadiləsi ilə bağlı detalları razılaşdırırlar.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Bəli, prezidentlərimiz son telefon danışığı zamanı Birləşmiş Ştatlar və Rusiya arasında məhbusların mübadiləsini hazırlamağı razılaşdırdılar. Anlaşılan səbəblərdən detallar müvafiq səlahiyyətli qurumlar vasitəsilə razılaşdırılır”, – deyə S.Lavrov bildirib.
Mənbə: Report.Az
Comments are closed.