İsrail səfirliyi: Azərbaycana sülh və rifah arzulayırıq

İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Müstəqillik Gününüz mübarək, Azərbaycan! Bu önəmli günü sizinlə birlikdə qeyd edirik – ölkənizin yolunu, gücünü və nailiyyətlərini alqışlayırıq. Xalqlarımız arasında sülh, rifah və dostluğun davamlı olmasını arzulayırıq”, – paylaşım bildirilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More