Meksika sahillərində güclü zəlzələ qeydə alınıb

Meksika sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 68 min insanın yaşadığı Kabo San Lukas şəhərindən 367 km cənub-şərqdə, saat 1:30-da ( Bakı vaxtı ilə 5:30) baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More