Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

“Report” xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.

Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub – 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olub.

Dünya çempionatı

1/4 final

Macarıstan – Mavritaniya

Monteneqro – Çexiya

İngiltərə – Azərbaycan

Bosniya və Herseqovina – Serbiya

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More