Neftçalada fərdi ev yanıb, ölən və xəsarət alan var – YENİLƏNİB

Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə evdə təmir işləri aparılan zaman baş verib.

Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.

Partlayış nəticəsində qardaşlardan biri Bayram Əzizov hadisə yerində ölüb. Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.

120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. 

14:01

Neftçalada fərdi ev yanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğluna məxsus fərdi yaşayış evi anidən yanmağa başlayıb. Yanğın əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb. Buna baxmayaraq, ev sahibi B.Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More