Türk – müsəlman Şərqinin ilk hüquqi dövləti

Türk - müsəlman Şərqinin ilk hüquqi dövləti

       3,3 mln əhalisi, 113,9 min kv. km ərazisi olan Azərbaycan Cümhuriyyəti, xalqımızın car Rusiyasına və erməni təcavüzünə qarşı milli azadlıq mubarizəsi nəticəsində yaranmış, Türk-müsəlman Şərqində ilk hüquqi dövətin nümunəsi olmuşdur. Azərbaycan Cümhuriyyətində  ölkə parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunur, hakimiyyət bölgüsü mövcud idi. Dovlət hakimiyyəti uc qoldan ibarət idi: Parlament, Hökumət, Məhkəmə hakimiyyəti. Hökumət Parlament qarşısında cavabdeh idi. İcra hakimiyyəti Hökumətə məxsus idi. Qadınlara seçki hüququnun verilməsi, ilk Universitet ənənsi, opera da bu dövlətə məxsus idi.

     Xalq Cümhuriyyyəti Hökumətində təmsil olunan şəxslər öz dövrünün ziyalı, mütərəqqi dünyagörüşlü insanları olmuş, onların bir çoxu Rusiyada və xaricdə  təhsil almış, öz xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmışlar. F.Xoyski, M.Y.Cəfərov, M.Vəkilov Mockva universitetinin hüquq fakultəsini, Ə.M.Topçubaşov, C.Hacınski, A.Səfikürdski Peterburq universitetinin hüquq fakultəsini, H.B Ağayev Mockva universitetinin tibb fakultəsini, M.Hacıncki Peterburq  Texnologiya institutunu, C.Hacıbəyli  Fransanın Sarbon universitetini,  B.Cavanşir Almaniyanın Frayberq  Dağ-mədən  Akademiyasını bitirmişdir.

1918-ci il dekabrın 7-də 97 deputatla fəaliyyətə başlayan bir palatalı   Xalq Cümhuriyyəti  parlamentinə ixtisasca hüquqşünas olan Əlimərdan bəy Topçubaşov rəhbərlik etmiş, 23 aylıq fəaliyyəti dövründə qanunverici orqan məhsuldar işləmiş, 140 iclas keçirmiş, 315 qanun layihəsi müzakirəyə çıxarılmış, ölkə üçün taleyüklü   bir sıra    qanunlar – “Azərbaycan dilinin dövlət dili olması haqqında”, “Azərbaycan vətəndaşlığı haqqında”, “Qadınlara seçki hüququnun verilməsi haqqında”, “Mətbuat haqqında”, “Dövlət bayrağı haqqında ”, “Dövlət gerbi haqqında”, “Dövət himni haqqında”, “Milli bankın təsis ediləsi haqqında” və  bu kimi ölkə üçün mühüm əhəmiyyət kəsb edən digər qanunlar qəbul olunmuşdur. Qəbul olunan qanunların 3/2 hissəsindən çoxu maliyyə, ədliyyə, daxili işlər, hərbi və mədəni-maarif məsələləri ilə bağlı idi.

Parlamentdə Azərbaycan ərazisində yaşayan butun xalqlar, o cümlədən  azsaylı xalqlar – ermənilər, ruslar, almanlar, yəhudilər, gürcülər, polyaklar təmsil olunmuşdular.

Xalq Cümhuriyyəti 23 ay yaşasa da  müstəqil dövlətçiliyimizin qorunması, onun dünyada tanınması üçün zəruri olan bir çox tədbirləri həyata keçirmişdi. İlk növbədə Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlaliyyət bəyannaməsini”  1918-ci il mayın 30-da dünya ölkələrinə çatdırılmışdı. Bu bəyannamədə aşağıda qeyd olunan  demokratik, humanist ideyalar dünya ictimaiyyətinə bəyan edilirdi: 

  1. Azərbaycan tamhüquqlu mustəqil dovlətdir.
  2. Mustəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
  3. Azərbaycan Xalq Cümhuriyyəti butun millətlərlə, xususilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban munasibətlər yaratmaq əzmindədir.
  4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan büitün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
  5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan butun millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
  6. Müəssislər Məclisi toplanıncaya qədər Milli Şura və onun qarşısında cavabdeh olan Müvəqqəti hökumət ali orqandır. 

Azərbaycan Xalq Cümhuriyyəti dunyanın 27 dövləti ilə, o cümlədən Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Polşa, İsvec, İsvecrə, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan, Dağlılar Respublikası, Krım və digər ölkələrlə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və coxtərəfli müqavilələr, sazişlər bağlanılmışdı. 1918-ci ilin mart soyqırımını təhqiq etmək üçün X.Xasməmmədovun rəhbərliyi altında “Fövqəladə Təhqiqat Komissiyası” yaradılmış, 36 cildlik, 3500 səhifəlik istintaq materialı toplanmışdı ki, bu gün bu sənədlər erməni vəhşiliklərinin iç üzünün açılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, tarixi yaddaşın möhkəmləndirilməsində,  gənc nəslin vətənpərvərlik  ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb edən dəyərli mənbə hesab edilir.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin iqtisadi həyatı ilə bağlı “Neft sənayesinin milliləşdirilməsi qərarının ləğv edilməsi haqqında”,“Ticarət donanmasının milliləşdirilməsi  qərarının ləğv edilməsi haqqında”, “Aqrar islahat haqqında”, “Ərzağın xaricə daşınmasının qadağan edilməsi haqqında”, “Ticarət azadlığı haqqında” və  bu kimi digər mühüm qərarlar qəbul etmişdi.

Xalq Cümhuriyyəti  ölkənin mədəni quruculuğu ilə də bağlı bir sıra taleyüklü məsələləri həll etmişdi. Belə ki, Baki Dövlət Universiteti təsis edilmiş, 7 kişi və 1 qadın gimnaziyası açılmış , 100 gənc Avropaya təhsilə göndərilmiş, təhsil üçün 7 mln. pul ayrılmış, millət atası, böyük xeyriyyəçi H.Z. Tağıyev  20 tələbənin təhsil alması üçün 7500 manat təqaüd ayırmışdı. Bakıda üç, Gəncədə bir praporşiklik məktəbi açılmışdı.

Ordu quruculuğu sahəsində də mühüm işlər görülmüşdü. Belə ki, 1918-ci il iyun ayının 18-də respublika ərazisində hərbi vəziyyət elan edildi. Iyunn ayının 26-da “Müsəlman korpusu” “Əlahiddə Azərbaycan kopusu“ adlandırıldı. 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşlar orduya çağrıldı. Hərbi nazirlik yaradıldı.Ordu quruculuğuna qardaş Türkiyənin  böyük yardımı oldu.Onların köməyi ilə Gəngədə hərbi məktəb açılmış, bir sözlə milli hərbi kadrların hazırlanmasında onlar yaxından iştirak etmiş, 40 minlik ordu hissələri yaradılmışdı. Azərbaycan hərbi qüvvələri tərəfindən Zəngəzurda, Qarabağda, Naxçıvanda erməni vəhşiliklərinə son qoyulmuş, Qarabağın Azərbaycana aidiyyatı ermənilər tərəfindən tanınmış, Sovet Muğan Respublikası ləğv edilmişdi.

Azərbaycannın Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi 1920-ci il yanvarın 11-də Antanta Ali Şurası tərəfində de-fakto tanınmışdı.

Azərbaycan Respublikasi  ikinci dəfə müstəqillik əldə etdikdən sonra Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğu prosesi görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən davam etdirilmişdir.Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövrü sözün əsl mənasında hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdığı dövr kimi xarakterizə etmək olar. Belə ki, ilk milli Konstitusiya qəbul olunmuş, milli ordu yaradılmış, 1998-ci ildən Konstitusiya Məhkəməsi fəaliyyətə başlamış, hakimiyyət bölgüsü, qanunun aliliyi təmin edilmiş, məhkəmə hüquq islahatları keçirilmiş, 3 pilləli məhkəmə sistemi formalaşmış, Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmü və senzura ləğv edilmiş, 2000-ci ilə dək 60 min məhbusa amnistiya verilmiş, 2001-ci ildə daha 8,5 min  məhbusa amnistiya aktı şamil olunmuş, 1993-2001-ci illərdə 30 əfv fərmanı verilmiş, Azərbaycan Respublikası insan hüquqları, ekologiya, dəniz ticarət gəmiçiliyi və digər sahələrdə beynəlxalq Konvensiya və Sazişlərə qoşulmuş, 2001-ci ildən  İnsan hüquqları üzrə Müvəkkil Ombudsman İnstitutu fəaliyyətə başlamış, çoxpartiyalı sistemin fəaliyyəti, cəmiyyətdə mətbuat azadlığı, plüarizm, aşkarlıq təmin edilmişdir.

Göründüyü kimi Azərbaycan Xalq Cümhuriyyəti Türk-müsəlman Şərqində ilk hüquqi dövlət təcəssümü olmuş, ölkənin ictimai, iqtisadi, siyasi mədəni həyatı ilə bağlı çox mühüm taleyüklü poblemləri həll etmiş, Azərbaycanın müstəqil dövlət kimi dünyada tanınmasına nail olmuş, əsası Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğu ideyaları yeni şəraitdə Ümummilli lider Heydər Əliyev tərəfindən uğurla davam etdirilmişdir.

Hakim İsakov
       Hakim İsakov

 tarix elmləri doktoru

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More