Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku 2026-cı ildə Azərbaycanda keçiriləcək

Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək.

Bu barədə “Report”a Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİNF) məlumat verilib.

AQİNF tərəfindən bu yarışların Azərbaycanda təşkili üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciət müsbət qarşılanıb.

Əldə olunan razılığa əsasən, ISMF tərəfindən yarışların “Şahdağ” Turizm Mərkəzində keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Avropa çempionatının 2026-cı il martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More