Azərbaycan Premyer Liqasında növbəti mövsümün “transfer pəncərələri”nin vaxtı bəlli olub

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub.

“Report”  xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb:

Yay transfer dövrü bu il iyunun 19-dan sentyabrın 10-na qədər (saat 23:59) müəyyənləşdirilib.

Qış “transfer pəncərəsi” isə 2026-cı il yanvarın 14-dən fevralın 10-na (saat 23:59) qədər davam edəcək. 

2026-cı il martın 31-i azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More