Azərbaycan qlobal qeyri-sabitlik fonunda aktiv və məsuliyyətli oyunçu kimi çıxış edir.
“Report” xəbər veir ki, bu barədə Azərbaycanın Belçika və Aİ-dəki səfiri Vaqif Sadıxov Brüsseldə Müstəqillik Günü münasibətilə keçirilmiş qəbulda bildirib.
O qeyd edib ki, Azərbaycanın rolunun nümunələri Qoşulmama Hərəkatına sədrlik (2019-2024) və 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumu və İƏT sammitinin keçirilməsidir. Səfir sürətli qlobal dəyişikliklər şəraitində diplomatiyanın əhəmiyyətini vurğulayıb.
O, diplomatik nailiyyətlər sırasında Bakıda COP29 sammitinin keçirilməsini və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılmasını qeyd edib, vasitəçilər olmadan birbaşa dialoqun vacibliyini vurğulayıb.
Sadıxov həmçinin Aİ ilə əlaqələrin aktivləşdiyinə diqqət çəkib: Tiranada sammit də daxil olmaqla yüksək səviyyəli görüşlər və Brüsseldə təhlükəsizlik dialoqunun raundunun başa çatması. Onun sözlərinə görə, Aİ ilə əməkdaşlıq enerji, logistika, innovasiya və ekologiyanı əhatə edir, Azərbaycan isə regionda etibarlı tərəfdaş olmağa hazırdır.








Mənbə: Report.Az
Comments are closed.