Binəqədidə açıq sahədə yanğın başlayıb

Binəqədi rayonunda açıq sahədə yanğın başlayıb.

“Report”un yerli bürosunun məlumatına görə, Bakının Binəqədi rayonu ərazisində açıq sahədə yanğın hadisəsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası cəlb olunub.

Hazırda ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More