Britaniya Müdafiə Nazirliyi süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcək

Britaniya hökuməti süni intellektin tətbiqi və düşmən dövlətlərin fəaliyyətinə qarşı mübarizə aparmaq üçün kiberhücumlar həyata keçirən qrupların yaradılmasına 1 milyard funt sterlinq (1,35 milyard ABŞ dolları) məbləğində vəsait xərcləyəcək.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Birləşmiş Krallığın müdafiə naziri Con Hiliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, “klaviaturalar müharibə vasitəsinə çevrilib”, buna görə də belə texnologiyaların və bölmələrin istifadəsi müdafiədə “yeni standartlar” təyin edəcək.

Qəzetin məlumatına görə, bu sahədə yeni siyasət hökumət tərəfindən aparılan Birləşmiş Krallığın təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri üzrə hərtərəfli icmalında əks olunacaq. Bu sənəd iyunun 2-də dərc edilməlidir.

Nəşr yazıb ki, son iki il ərzində krallığın Müdafiə Nazirliyi təxminən 90 min kiberhücuma məruz qalıb ki, bu da 2023-cü ildə dərc edilmiş məlumatlarla müqayisədə iki dəfə çoxdur. “The Daily Telegraph” qeyd edib ki, hücumlar Rusiya və Çin ərazisindən gerçəkləşdirilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More