Monteneqro millisinin üzvü dünya çempionatında Azərbaycanla qarşılaşmaq istəyir

Dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyərdim.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Monteneqro millisinin oyunçusu Goran Nenezic deyib.

O, Bakıda təşkil olunan mundialın 1/4 final mərhələsində Çexiyaya qalib gəldikləri oyun barədə danışıb:

“Bizim üçün çətin görüş alındı. Əsasən oyunumuzu müdafiədən qururduq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq. Çexiya çox güclü komandadır. Yarımfinaldakı rəqibimiz İngiltərə – Azərbaycan cütünün qalibi olacaq. Açığı, ev sahibi olan Azərbaycanla qarşılaşmaq maraqlı olardı”.

Qeyd edək ki, Monteneqro yığması 1/4 finalda Çexiya seçməsini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More