Novruz Axundov: Adil İsgəndərov “Azərbaycanfilm”in direktoru olanda məndən şikayət yazan şöbə müdirini işdən qovub

Adil İsgəndərov “Azərbaycanfilm” kinostudiyasının direktoru olanda məndən şikayət yazan şöbə müdirini işdən qovub.

Bu fikirləri “Report”a müsahibəsində aktyor, rejissor Novruz Axundov deyib.

Aktyorun sözlərinə görə, kinostudiyada onunla əlaqə saxlanılması bir neçə nömrə qoyubmuş, üstəlik, geyim-keçiminə fikir verdiyi üçün bəzi işçilər ondan şikayət məktubu yazlblar:

“Adil müəllim söhbəti başa düşəndən sonra məktubu yazanlardan birini, – şöbə müdiri idi, – çağırdı, elə mənim yanımda onu möhkəm danladı. Dedi ki, aktyor adamdır, xalq arasına çıxır, geyiminə niyə fikir verməsin? Bu nədir yazmısan bura? Sən heç bilirsən bu nömrələr kimindir? Bunlar nə söhbətlərdir? Dedi ki, get ərizəni yaz, işdən özün çıx. O da dedi ki, yox, məni siz özünüz çıxarın işdən. Adil müəllim razı olmadı, dedi xeyr, özün çıxacaqsan, sən demaqoqsan. Elə oradaca qapıçıya zəng vurdu ki, sabahdan filankəsi içəri buraxmayın. Vəssalam!”

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More