Sabah”ın futbolçusu: “Bizi Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir

“Sabah”ı Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir.

“Report”un məlumatına görə, bunu “Sabah”ın futbolçusu Pavol Şafranko mətbuat konfransında deyib.

O, “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Hər iki kollektiv üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün söz verirəm”.

Şafranko Azərbaycan Kubokunun qalibi olmaq istədiyini sözlərinə əlavə edib:

“Hər titul önəmlidir. Azərbaycan Kubokunu qazandığım digər titullardan üstün tutmuram”.

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More