Qarşılıqlı maraq doğuran ikitərəfli layihələr üzərində çalışmağa hazırıq.
Bunu Suriyanın BMT yanında daimi nümayəndəliyinin başçısı Kussay Əldahhak dünya təşkilatının mənzil-qərargahında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə “Report”un ABŞ bürosuna söyləyib.
“Hazırda iki ölkə (Azərbaycan və Suriya – red.) arasında diplomatik əlaqələrin yenidən qurulması və bu münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylər göstərilir. Qarşılıqlı maraqlara xidmət edən ikitərəfli layihələr üzərində çalışmağa hazırıq”, – daimi nümayəndə deyib.
Diplomat Azərbaycanın dünya təşkilatı çərçivəsində beynəlxalq platformalarda oynadığı fəal rolu yüksək qiymətləndirdiklərini vurğulayıb. “Biz Azərbaycanın BMT-də nizamnamənin məqsəd və prinsiplərini müdafiə edən mövqeyini yüksək qiymətləndiririk. Şəxsən mən ölkənizə bir neçə dəfə səfər etmişəm, beynəlxalq konfrans və görüşlərdə iştirak etmişəm və Azərbaycanın bu sahədəki fəallığını təqdir edirəm”, – diplomat bildirib.
Mənbə: Report.Az
Comments are closed.