ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tomas Barrakı Suriyada elçi təyin edib.
“Report” xəbər verir ki, bu barədə Ağ ev rəhbəri sosial şəbəkədə bildirib.
“Mən məmnuniyyətlə elan edirəm ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak Suriyada elçimiz kimi xidmət edəcək. Tom radikalizmi dayandırmaq, münasibətləri yaxşılaşdırmaq, Yaxın Şərqdə sülhü təmin etmək məqsədilə Suriyada işləməyin potensialının nə qədər böyük olduğunu anlayır. Birlikdə hərəkət edərək, biz Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik”, – o yazıb.
Daha əvvəl mayda ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Amerika iqtidarı yaxın zamanda Suriya hökumətinin süqut etməsi ehtimalından narahatdır, buna görə də Vaşinqton Dəməşqə dəstək verməyə hazırdır.
Mənbə: Report.Az
Comments are closed.