ABŞ Dövlət Departamenti: HƏMAS-ın atəşkəs təklifinə reaksiyası barədə məlumatımız yoxdur

ABŞ Dövlət Departamenti Fələstinin HƏMAS hərəkatının atəşkəs təklifini qəbul edib-etmədiyindən xəbərsizdir.

“Report”un xəbərinə görə, bunu Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Brüs keçirdiyi brifinqdə deyib.

“HƏMAS-ın təklifi qəbul edib-etmədiyindən xəbərimiz yoxdur”, – o bildirib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoffun HƏMAS-a rəsmi atəşkəs təklifi göndərdiyini bildirib. O, həmçinin deyib ki, İsrail təklifi HƏMAS-a göndərməzdən əvvəl təsdiqləyib.

“Al-Arabiyya” telekanalı HƏMAS və İsrailin Qəzza zolağında 60 günlük atəşkəsə razılaşdığını iddia edib.

Qeyd olunur ki, Uitkoffun yeni təklifi anklavda 60 gün ərzində dərhal atəşkəs rejimini və ilk həftə ərzində sağ qalan 10 girovun iki mərhələdə azad edilməsini nəzərdə tutur. İlk həftə ərzində HƏMAS 18 ölü girovun meyitini də İsrailə təhvil verməli olacaq. Bunun müqabilində İsrail tərəfi əvvəllər təsdiq edilmiş siyahılara uyğun olaraq fələstinli məhbusları azad edəcək. Bundan əlavə, sənəddə BMT və digər beynəlxalq təşkilatlar vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasının bərpasından da bəhs olunur.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More