“Araz-Naxçıvan” Ömər Buludovla müqaviləni yeniləyib

“Araz-Naxçıvan” klubu futbolçusu Ömər Buludovla müqaviləni yeniləyib.

“Report” Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə anlaşma 1 il müddətini əhatə edəcək.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Misli Premyer Liqasının 2024/2025 mövsümünü üçüncü pillədə başa vuran komanda UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More